Nikaha daxil olmaq istəyən gənclərə XƏSTƏLİK ŞOKU
Bizi izləyin

Səhiyyə

Nikaha daxil olmaq istəyən gənclərə XƏSTƏLİK ŞOKU

36 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb.

Mart ayı ərzində nikaha daxil olmaq istəyən 274 nəfərdə talassemiya daşıyıcılığı, 9 nəfərdə QİÇS, 36 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb.

Bu barədə Publika.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutundan məlumat verilib.

İnstitutdan bildirilib ki, bu ay ərzində ümumilikdə 9 471 nəfər şəxs icbari tibbi müayinədən keçib: “Bu vaxta qədər 97 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb. Ötən il ərzində hər ikisində bu xəstəlik aşkarlanan cütlüklərdən 5-i hamiləliyi pozmaq, 20 cütlük isə hamiləliyin davam etdirilməsinə qərar verib. Hamiləliyi davam etdirmək qərarı verən cütlüklərin uşaqları sağlamdır. Mart ayı ərzində isə 2 cütlüyün hər ikisində bu qan xəstəliyi aşkar edilib”.

İnstitutdan bildirilib ki, respublikada nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan aprel ayının 1-dək 258 min 521 nəfər müayinədən keçib. Onlardan 11 min 215 nəfər talassemiya daşıyıcılığı, 102 nəfərdə siflis, 184 nəfərdə isə QİÇS aşkarlanıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm