Rayon və şəhər xəstəxanalarına yeni səlahiyyət verildi
Bizi izləyin

Səhiyyə

Rayon və şəhər xəstəxanalarına yeni səlahiyyət verildi

Səhiyyə Nazirliyi tərəfindən ciddi addımlar atılıb.

Paytaxtla yanaşı, şəhər və rayon mərkəzi xəstəxanalarında əlilliyin müəyyən edilməsi mümkün olacaq.

Publika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin rəhbərliyi ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi və təhlil”inə həsr olunmuş Kollegiya iclasında qərar qəbul edilib.

İclasda bildirilib ki, əhalinin narazılığına səbəb olan problemlərin aradan qaldırılması istiqamətində də Səhiyyə Nazirliyi tərəfindən ciddi addımlar atılıb.

“Əhalinin bu işdə rahatlığının təmin edilməsi, həmçinin Bakı şəhərinin klinik xəstəxanalarının stasionar şöbələrində mövcud sıxlığın aradan qaldırılması məqsədilə vətəndaşlara əlilliyin müəyyən edilməsi üçün müayinələrin Bakı şəhərinin klinikalarından əlavə, Respublikanın şəhər və rayon mərkəzi xəstəxanalarında, həmçinin ambulator şəraitdə həyata keçirilməsi məqsədə uyğun hesab edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü ildə 9 nömrəli Qərarı ilə təsdiq edilmiş sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydaları haqqında təlimat”ın hazırda yeni variantının hazırlanması məqsədilə işçi qrup yaradılıb.

İclasın sonunda əlilliyin təyini ilə bağlı vətəndaşlara Tibbi-sosial ekspert komissiyalarına göndərişlərin (F-088U) verilməsinin ciddi nəzarətə götürüldüyü bildirilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm