Sumqayıtda doğuş zamanı ana və körpə ölümünün İLKİN SƏBƏBİ açıqlandı - (YENİLƏNDİ)
Bizi izləyin

Səhiyyə

Sumqayıtda doğuş zamanı ana və körpə ölümünün İLKİN SƏBƏBİ açıqlandı - (YENİLƏNDİ)

Faktla bağlı araşdırma aparılır.

Sumqayıt şəhər 1 saylı Doğum evində qeydə alınan ana və körpə ölümünün ilkin səbəbləri açıqlanıb.

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova “Report”a açıqlamasında bildirib ki, 38 yaşlı Sumqayıt sakini Gülnarə Əkbərova üçüncü övladını dünyaya gətirmək üçün xəstəxanaya gəlib.

Onun sözlərinə görə, G.Əkbərova Sumqayıt şəhərindəki 3 saylı Qadın Məsləhətxanasında antonatal qeydiyyatda olub: “Bu onun 18 ildən sonra 3-cü hamiləliyi olub. Bu yaş da onun üçüncü hamiləliyi üçün ciddi təhlükə yaradıb. Evdə iki övladı da olub. O, Doğum evinə müraciət edən zamanı artıq doğuş olub. Körpənin ürək döyüntüləri tək-tək olduğu üçün doğuşdan qısa zaman sonra tələf olub. Anada isə uşaqlığın yığılma qabiliyyəti pozularaq qanaxma başlayıb. Qan köçürülmə olsa da, onun həyatını xilas etmək mümkün olmayıb".

S.Məmmədova deyib ki, ana və uşaq ölümünün dəqiq səbəbləri Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyi Mərkəzinin yekun rəyindən sonra məlum olacaq: “Çünki ola bilsin ki, qadının hansısa xəstəliyi olub və hamiləlik zamanı aparılan müalicələr müsbət nəticə verməyib”.

Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinin Mərkəzindən verilən məlumata görə, meyit artıq müayinə olunub və nəticələr 10 gündən sonra məlum olacaq.

***

Sumqayıt şəhərində doğuş zamanı ana və körpəsi ölüb.

Hadisə Sumqayıt şəhər 1 saylı Doğum evində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Gülnarə Təyyar qızı Əkbərova doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı, özü də ölüb.

Əkbərovlar ailəsi həkim səhlənkarlığı iddiası ilə aidiyyəti qurumlara şikayət ediblər. Şikayət əsasında ana və körpənin meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinin Mərkəzi şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm