• USD 1,7000 0,00% EUR 1,9164 0,00%
    • GBP 2,1547 0,00% RUB 0,0263 0,00%

Nikaha daxil olmaq istəyən 1590 nəfərdə talassemiya aşkarlandı

Nikaha daxil olmaq istəyən 1590 nəfərdə talassemiya aşkarlandı

May ayı ərzində 11209 nəfər nikahdan əvvəl tibbi müayinədən keçib.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Publika.az-a açıqlamasında bildirib ki, müayinədən keçən 5 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb.

"Ümumilikdə, müayinədən keçən 257 nəfərdə talassemiya daşıyıcılığı, 41 nəfərdə siflis, 12 nəfərdə QİÇS aşkarlanıb. İnstitutdan bildirilib ki, hər ikisində talassemiya aşkarlanan cütlüklərin nikahdn imtina edib-etməyəcəyi barədə qərarı hələ ki, bəlli deyil. 2017-ci ilin 5 ayı ərzində 51089 nəfər nikahdan əvvəl müayinədən keçib. Onlardan 1590 nəfərində talassemiya, 217 nəfərdə siflis, 40 nəfərdə QİÇS qeydə alınıb.

Nikahdan əvvəl tibbi müayinənin icbari olduğu - 2015-ci ilin iyun ayından bu vaxta qədər 279383 nəfər müayinədən keçib. Onlardan 11 773-də talassemiya daşıyıcılığı, 1101 nəfərdə siflis, 203 nəfərdə QİÇS aşkarlanıb. Bu vaxta qədər 105 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb. Bu vaxta qədər həmin cütlüklərdən 7-8-i evlilikdən imtina edib. Ümumilikdə talassemiya daşıyıcılığı aşkarlanan cütlüklərin 30-u perenatal müayinəyə cəlb olunub. Bu nikahlardan doğulan uşaqların yalnız 5-i xəstə olub. Bir cütlük hamilə olsa da, perenatal müayinəyən imtina etdilər. Onlar Allahın verdiyi paya xəstə olsa belə, razı olduqlarını dedilər. Bir cütlük bir-birindən daşıyıcı olduğunu gizlətmişdi. Lakin biz onları instituta dəvət edib məsləhət verəndə xəbərdar oldular. Onlara da izah edildi ki, müayinənin məqsədi xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. Onlar hamiləlik müddətində daim nəzarətdə olmalıdırlar".

Z.Əlimirzəyeva onu da bildirib ki, nikahdan əvvəl tibbi müayinələr icbari olandan sonra talassemiyalı doğula uşaqların sayı azalıb: "Bu barədə bizə Talassemiya Mərkəzindən də məlumat verilib. Bu müayinələr xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaq məqsədi daşıyır. Aparılan müayinələr ən azı 105 ailədə xəstə uşağın dünyaya gəlməsinin qarşısını almağımıza imkan verir".


Gülxar

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR