Dünyaca məşhur azərbaycanlı həkim Bakıya gəldi
Bizi izləyin

Səhiyyə

Dünyaca məşhur azərbaycanlı həkim Bakıya gəldi

Ege Universitetinin professoru, genetik-alim, Afgen diaqnostik mərkəzinin rəhbəri Dr. Afiq Bərdəli tərəfindən 12-17 iyun tarixlərində Bioloji Təbabət klinikasında xəstə qəbulu keçiriləcək.

Axar.az xəbər verir ki, müxtəlif genetik xəstəliklərlə bağlı müraciət etmək istəyənlər üçün öncədən qeydiyyata düşmək vacibdir.

Afiq Bərdəli Türkiyənin İzmir şəhərində "Şəfa Özəl Xəstəxanalar" şəbəkəsinin Genetik Diaqnostika Mərkəzinin, Egey Üniversitetində Kök Hüceyrəsi kafedrasının qurucusudur.

Həmçinin o, Türkiyə Egey Universiteti tibb fakültəsində Molekulyar Tibb laboratoriyasının müdiridir. Yaratdığı Molyekulyar Tibbi Laboratoriya bütün Türkiyədə ilk və tək, dünyada 3 elmi mərkəzdən biridir.

Türkiyə Səhiyyə Nazirliyi tərəfindən verilən "Genetik xəstəliklər mütəxəssisi", "Uşaq xəstəlikləri mütəxəssisi", "Revmatoloji xəstəliklər mütəxəssisi" kimi 3 diplomun, İtaliyanın Milan Universiteti tərəfindən verilən molekulyar genetika sahəsində fəlsəfə elmləri doktoru alimlik dərəcəsi elmi adının sahibidir. Dünya ədəbiyyatında ən çox xəstə qrupu olan nefrotik sindrom və FMF genetik çalışma işləri ona aiddir.

Bütövlükdə dünya tibb elmində 315 müxtəlif genetik xəstəliyin molekulyar diaqnostikasının hərtərəfli və elmi cəhətdən əsaslandırılmış tədqiqatları Afiq Bərdəlinin elmi fəaliyyəti ilə bağlıdır.

Beynəlxalq dərəcəli tibbi nəşrlərdə dərc olunmuş 25 elmi və araşdırma istiqamətində olan 129 məqalənin müəllifidir. Tibb sahəsində fəaliyyətinə və tədqiqatlarına görə onlarca sertifikata və 23 medala layiq görülüb.

Qeyd edək ki, Afgen diaqnostik mərkəzi 2012-ci ildən Bioloji Təbabət klinikasında fəaliyyətini davam etdirir.

Əlaqə nömrələri: (012)/(050)/(055)/(070) 430 89 89

Oxumağa davam et
Reklam
Reklam

Gündəm