Səhiyyə
Alman həkimləri Bakıya gəlir
Bioloji Təbabət Klinikası fəaliyyətinin ilk günlərindən başlayaraq yüksək ixtisaslı alman həkimləri və alman əczaçılıq sənayesinin nümayəndələri ilə sıx əməkdaşlıq edir. Öz ixtisaslarını təkmilləşdirmək məqsədi ilə klinikanın həkimləri hər il Almaniyada Beynəlxalq homotoksikologiya kursları keçir.
Axar.az xəbər verir ki, klinikada mütəmadi olaraq alman mütəxəssislərinin iştirakı ilə yerli həkimlər üçün müxtəlif seminar, forum və mühazirələr təşkil olunur, peşəkar məsləhətə ehtiyacı olan xəstələr qəbul olunur.
Keçirilən seminar və müvafiq testlərin nəticələrinə görə alman mütəxəssisləri Bioloji Təbabət Klinikasının həkimlərinə sertifikatlar təqdim edirlər.
Azərbaycanın rayonları və Bakı şəhərinin həkimləri üçün “Biotənzimləyici təbabət” mövzusunda ildə bir neçə dəfə nəzəri-praktik kurslar keçirilir.
Qeyd edək ki, kurslar 92 saat (Bakı şəhərinin həkimləri üçün), saat 15:00 dan-18:00-ə qədər, 2 qrupda (1-ci qrup üçün – 1-ci, 3-cü, 5-ci; 2-ci qrup üçün isə – 2-ci, 4-cü, 6-cı günlər) keçirilir.
Azərbaycanın rayonlarından gələn həkimlər üçün isə kurslar həftə ərzində saat 9:00-dan-18:00-a qədər Bioloji Təbabət Klinikasındakı konfrans zalında baş tutur.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!