Səhiyyə
ABŞ-dan yeni kəşf: Tibdə iynə dövrü geridə qalır
ABŞ-ın Milli Səhiyyə İnstitutunun maliyyə dəstəyi ilə "Emori Universiteti" və "Georgia Texnologiya İnstitutu"nun birgə layihəsi maraqla qarşılanıb.
Publika.az xəbər verir ki, mütəxəssilər tərəfindən hazırlanan lentşəkilli peyvənd iynələri inkişaf etdirilib. Lentin üzərində standart peyvəndlərdə istifadə edilən iynələrin yerinə çoxsayda kiçik, tük şəkilli mikro iynələr qoyulub. Xüsusilə iynədən qorxan insanlar üçün hazırlanan layihə peyvənd olunmayan insanların sayının azalmasına təsir göstərəcək.
Aparılan ilk sınaqlar uğurlu olub.
Lentin yapışqan səthində, dərinin içinə girən yüz ədəd kiçik tük şəklində mikro iynə mövcuddur. Standart qrip vaksinlərini soyuducuda saxlamaq lazımdırsa, lentşəkilli iynəni rəflərdə rahatlıqla saxlamaq olar.
Araşdırmanı aparan professor Mark Prausnitz bildirib ki, sınaqlarda 100 nəfər könüllü iştirak edib:
"Bu iynələr tətbiq edildiyi sahədə qızartı, qaşınma və həssaslıq kimi yan təsirlər verə bilər. Lakin bu əlamətlər bir neçə gün içərisində keçir. Bu üsul tip sahəsində bir inqilab yaradacaq. Artıq insanlar həkimə getmədən də peyvənd ola biləcəklər".
Könül Cəfərli
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR