Azərbaycanda 13 nəfəri ilan, 1 nəfəri qara qurd, 2 nəfəri əqrəb sancdı
Bizi izləyin

Səhiyyə

Azərbaycanda 13 nəfəri ilan, 1 nəfəri qara qurd, 2 nəfəri əqrəb sancdı

"İnsanlar özlərini bu həşəratlardan qorumalıdırlar".

Azərbaycanda apreldən indiyədək olan dövrdə 13 nəfəri ilan, iyun ayında isə 1 nəfəri qara qurd hörümçəyi, 2 nəfəri əqrəb sancıb.

Publika.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, havalar istiləşəndə hörümçəyin bir növü olan qara qurddan və sarı, qara əqrəblərdən zəhərlənmə halları olur: "Buna görə də insanlar özlərini bu həşəratlardan qorumalıdırlar. Hələlik havalar sərin keçdiyindən bu həşəratlardan zəhərlənmələrlə bağlı müraciətlərin sayı azdır".

Toksikoloq sancmalarla bağlı bu ilki müraciətlərin ötən ilin müvaqfiq dövrü ilə müqayisədə az olduğunu da söyləyib.

A.Maqsudov deyib ki, qara qurddan və sarı, qara əqrəblərdən zəhərlənmə halları ilə bağlı müraciətlər əsasən, Bakı ətrafı kəndlərdən daxil olur: "Qara qurd və sarı, qara əqrəblər Azərbaycana 7-8 il əvvəl meyvə-tərəvəzlərlə Orta Asiyadan gəlib və həmin vaxtdan da onlardan sancmalar qeydə alınır. Qara qurddan və sarı, qara əqrəblərdən sancma halları əsasən, iyun, iyul, avqust aylarında müşahidə edilir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm