• USD 1,7000 0,00% EUR 2,0630 -0,36%
    • GBP 2,3223 -0,33% RUB 0,0226 0,00%

7 cütlük uşağından imtina etdi

7 cütlük uşağından imtina etdi

İyun ayı ərzində respublikada 12048 nəfər nikahdan əvvəl tibbi müayinədən keçib.

Bu barədə Publika.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

Onun sözlərinə görə, müayinədən keçən şəxslərdənn 263 nəfərdə talassemiya daşıyıcılığı, 6 nəfərdə QİÇS, 42 nəfərdə siflis aşkarlanıb.

“Bu il ərzində isə ümumilikdə 63137 nəfər nikahdan əvvəl tibbi müayinədən keçib. Onların 1853 nəfərində talassemiya, 46-da QİÇS, 259-da siflis aşkarlanıb. Bu il ərzində 19 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb”.

Z.Əlimorzəyeva nihakdan əvvəl tibbi müayinələr başlayandan bu vaxta qədər 7 uşaqda talassemiya xəstəliyi aşkarlandığına görə abort edildiyini deyib: “Ümumilikdə nikahdan əvvəl tibbi müayinələr başlayandan bu vaxta qədər 291431 nəfər müayinədən keçib. Onların 12036-da talassemiya, 1143-də siflis, 209-da QİÇS müəyyən edilib. 109 cütlüyün isə hər ikisində talassemiya daşıyıcılığı aşkar edilib. Bu müddət ərzində talassemiya xəstəliyi olan uşaq dünyaya gəlməyib. Cütlüklərin 40-a yaxını perenatal müayinəyə cəlb edilib. 7 uşaqda ana bətnində müayinə zamanı xəstəlik aşkarlanıb, onlar abort yolu ilə götürülüb. Qalan uşaqlar isə daşıyıcı ya da heç bir daşıyıcılığı olmadan dünyaya gəlib. Əgər əvvəllər hər il 200-300 talassemiyalı uşaq dünyaya gəlirdisə, indi bu rəqəm çox azalıb. İndi də belə uşaqlar dünyaya gəlir, lakin onların valideynləri nikahdan əvvəl tibbi müayinə proqramına cəlb edilməyənlərdir.Çünki bu müyinə nəticəsində hər ikisində daşıyıcılıq aşkarlanan, lakin nikahdan imtina etməyən cütlüklərlə mütəmadi əlaqə saxlanılır.Onlar hamiləliyin ilkin dövrlərindən nəzarətdə olur, 12-18-ci həftələrdə isə perenatal müayinəyə cəlb edilir”.

Qeyd edək ki, 2015-ci il iyun ayının 1-dən nikahdan əvvəl talassemiya, QİÇS və siflisə qarşı müayinələr məcburidir.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR