Həşəratqovucu Spreylərdən TƏHLÜKƏ
Bizi izləyin

Səhiyyə

Həşəratqovucu Spreylərdən TƏHLÜKƏ

Mütəxəssislərin fikrincə, ağcaqanad sancması malyariya, laym və s. xəstəliklərin yaranmasına səbəb ola bilər. Bundan əlavə, ekspertlər allergiyalı insanlara ağcaqanad dişləmindən qorunmağı məsləhət görürlər. Çünki ağcaqanadın tüpürcəyində güclü allergen maddə var.

Publika.az xəbər verir ki, hazırda satışda olan ağcaqanadqovucular 1954-cü ildən pestisidlər deyilən həşəratqovucu kimyəvi maddədən hazırlanır. Sprey və ya kremi çox az miqdarda, bədənin sadəcə müəyyən nahiyələrində istifadə etmək olar. Əks halda bu maddələr toksiki təsir göstərə bilər.

Eyni zamanda Azərbaycan Tibb Universitetindən Azərtac-a bildiriblər ki, ağcaqanadları tərli və nəmli dərinin, eləcə də tünd rəngli paltarların özünə cəlb etdiyini nəzərə almaq lazımdır. Həşəratların mexaniki üsulla qarşısını almaq üçün xüsusi ağcaqanad torları mövcuddur. Bundan əlavə, bu növ həşəratların uzaqlaşdırılması üçün ev şəraitində lavanta, limon, nanə yağları, eləcə də mixəklə hazırlanmış xüsusi spreylərdən istifadə etmək olar. Eyni zamanda, ağcaqanadlar portağal qabığı iyini də sevmirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm