Hemodializ alan xəstələr nə qədər yaşayır? - HƏKİM AÇIQLADI
Bizi izləyin

Səhiyyə

Hemodializ alan xəstələr nə qədər yaşayır? - HƏKİM AÇIQLADI

Hər bir xəstə böyrək köçürülməsini istəyər. Lakin heç də hər bir xəstəyə böyrək köçürülməsi mümkün deyil.

Publika.az xəbər verir ki, bu sözləri M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev ölkədə xroniki böyrək çatışmazlığı və böyrəklərin xroniki xəstəliyi ilə mübarizə, bu sahələrdə dövlət qayğısı və həyata keçirilən tədbirlərə həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, böyrəkköçürmə tibbdən çox hüquqi problemdir.

“Dünyada meyitdən böyrək köçürülməsi mümkündür, bunun üçün qanuni baza var. Bizim qanunvericiliyimiz yalnız canlıdan böyrək köçürülməsinə imkan verir. Azərbaycanda bu gün 3312 dializ xəstəsinin heç də hamısının böyrək köçürülməyə ehtiyacı yoxdur. Hər il respublika üzrə böyrəkköçürməyə ehtiyacı olduğuna görə bizə 50-60 nəfər müraciət edir. Bizdə yaş məsələsində də problem var. Dünyada 70 yaşdan yuxarı xəstələrə də böyrək köçürülməsi mümkündür, bizdə isə əsasən orta yaşlı xəstələrə bu cür əməlyyat həyata keçirilir”.

F.Babayevin sözlərinə görə, hemodializ müalicəsinin ömrü uzatma faizi xəstəyə görə dəyişir: “Resublika üzrə hemodializ müalicəsi alaraq ən çox 26 il, şəxsi təcrübəmdə isə 22 il yaşayan xəstəm olub”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm