Qalaaltı sanatoriyasına gələn turistlərin sayı 40 FAİZ ARTIB
Bizi izləyin

Səhiyyə

Qalaaltı sanatoriyasına gələn turistlərin sayı 40 FAİZ ARTIB

Şabrandakı Qalaaltı sanatoriyası əsaslı şəklidə yenidən qurulandan sonra turistlərin sayında xeyli artım müşahidə edilir. Ölkəmizdəki iqlim müxtəlifliyi bir sıra təbii müalicə mərkəzlərinin yaranmasına imkan yaradır. Yüksək müalicəvi potensiala malik kurort-mərkəzə üz tutanların sayı ötən illə müqayisədə 40 faiz artıb.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, sanatoriya ölkəmizin qədim abidələrindən sayılan Çıraqqala yaxınlığında sıldırım qayanın altında yerləşir. Həmin tarixi məkanı dünyaya tanıdan mədən suyu ötən əsrin 60-cı illərindən Şabranın 20 kilometrliyində Qalaaltı adlanan kəndin dağətəyi ərazisində tapılıb. Müalicəvi suyun kəşfi ilə Qalaatına axın başlanılıb.

Mütəxəssislər müalicəvi suyun yeddi mənbəyi olduğunu müəyyən ediblər. Böyük ehtiyata malik Qalaaltı suyu dünyada unikal məhsul kimi tanınır. Təbii üsullarla aparılan müalicələr əsasən böyrək problemi olanları həmin xəstəlikdən azad edir. Lakin burada qastroentoroloji, endokrinoloji, nevroloji və digər xəstəliklərdən də müalicə almaq olar. Şəfa ocağında palçıq və parafindən başqa digər fizioterapevtik üsullardan da istifadə olunur.

Mərkəzin dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşməsi ürək, oynaq və digər xəstəliklərin də müalicəsinə müsbət təsir göstərir. Müalicə söbəsinə qəbul olunanlar əvvəlcə ən müasir üsullarla hərtərəfli müayinə olunur və nəticədə üzə çıxan xəstəliklərə qarşı müalicə proseduru keçirlər.

Sağlamlıq turizmini digər turizm növlərindən fərqləndirən onun ilboyu fəaliyyət göstərməsidir. Buradakı prosedurlar 7-21 gün davam edir.

Qalaaltı Avropa Termal Tarixi Şəhərlər Assosiasiyasına üzv seçilib. Kurort- turizm mərkəzinin həmin siyahıya düşməsi onun imkanlarına və turist axınına öz müsbət təsirini göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm