Partlayışda xəsarət alanların hamısı evə buraxılıb
Bizi izləyin

Səhiyyə

Partlayışda xəsarət alanların hamısı evə buraxılıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş verən partlayış nəticəsində xəsarət alanların hamısı evə buraxılıb.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, partlayış nəticəsində 6 nəfər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. 5 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Xəsarət alanlarından yalnız biri xəstəxanada saxlanılıb. Bu gün həmin yaralı da xəstəxanadan evə buraxılıb. Xəstələrin hamısı yüngül qəlpə yaraları aldıqlarından vəziyyətləri ağır olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm