Süni mayalanma halları çoxalıb - SƏBƏB
Bizi izləyin

Səhiyyə

Süni mayalanma halları çoxalıb - SƏBƏB

"Azərbaycanda son zamanlar süni mayalanma hallarının çoxalması sonsuzluq hallarının artması ilə əlaqədardır”.

Publika.az xəbər verir ki, bu sözləri Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Hamilələrin patologiyası şöbəsinin müdiri Zinyət Muradova ölkədə antenatal qulluğun təşkilinə dair keçirilən tədbirdə çıxış edərkən deyib.

O, süni mayalanmanın birbaşa valideynlərin istəyi ilə əlaqədar olmadığını deyib:

“Sonsuzluğun səbəbləri müxtəlifdir. Bu hallarının baş verməsində kişi faktorları da üstünlük təşkil edir”.

Z.Muradova hamiləliyin gedişinə nəzarət, vaxtında həkimə müraciət edilməsi, ailə üzvlərinin hamiləliyin gedişi barədə məlumatlılığı, yaxınlarının hamilələrə fiziki, mənəvi dəstəyinin səviyyəsinin önəmindən danışıb.

“Hamiləlik boyu qadının 1 tibb işçisinin nəzarəti altında olması məqsədəuyğundur. Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə 7 dəfə gəlməsi (hamiləliyin 12-ci həftəsinə qədər, 18-20-ci, 26-28, 30-32, 34-36, 38-ci, 40-cı həftəsində) olması tövsiyə olunur. Hamiləliyi ağırlaşdıran faktorlar 1 neçə qrupa bölünür. Bura sosial-bioloji faktorlar, yəni yaşı 18-dən aşağı, 40-dan yuxarı olan hamilələr, atanın yaşının 40-dan çox olması, zərərli vərdişlər və s. aiddir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm