Diqqət: Kompüter bu göz xəstəliklərinə səbəb olur
Bizi izləyin

Səhiyyə

Diqqət: Kompüter bu göz xəstəliklərinə səbəb olur

Kompüter, telefon və planşet artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib. Bu texniklar işimizi yüngülləşdirməklə yanaşı, görmə qabiliyyətimizin zəifləməsinə də səbəb olur. Statistikaya görə, dünyada 60%-dən çox insanda görmə ilə bağlı müxtəlif problemlər var. Günümüzün aktual problemlərindən biri də mobil texnikanın gözlərimizdə yaratdığı fəsadlardır.

Bu texnikalardan müntəzəm istifadə etdikdə yarana biləcək xəstəliklər haqqında Axar.az-a həkim oftalmoloq Nuridə Məmmədəliyeva danışıb:

“Son zamanlar yaranan xəstəliklər arasında həm allergik, həm də “Kompüter görmə sindromu” (Computer Vision Syndrome) deyilən bir xəstəlik var. Bu xəstəliyə kompüter qarşısında uzun müddət əyləşən insanlarda rast gəlinir. Yəni fasiləsiz şəkildə yaxına baxan şəxslərdə bir müddət sonra uzaq görmə problemləri yaranır. Bu xəstəlik daha çox yeniyetmələr arasında özünü daha qabarıq göstərir. Bunun da səbəbi yeniyetmələrin fasiləsiz olaraq uzun müddət kompüter oyunları oynamasıdır. “Kompüter görmə sindromu” tək uzağı görmək problemini deyil, “quru göz sindromu” deyilən xəstəliyin də yaranmasına səbəb olur. Gözün qızarması, qıcıqlanması, yaşarması quru gözün əsas əlamətlərindəndir. Uzun müddət mobil texnikadan fasiləsiz şəkildə istifadə edən şəxslərdə quru göz sindromu yaranır. Mobil texnikanın şüaları bu sindorumun əmələ gəlməsinə səbəb olur”.

Nuridə Məmmədəliyeva görmə qabiliyyətinin zəifləməsinə qidalanmanın da təsir etdiyini bildirib:

“Qidalara xüsusi diqqət yetirmək lazımdır. Çünki bədəndə gedən hər hansı bir xroniki xəstəlik mütləq şəkildə gözə təsir edəcək. Qida maddələrinin tərkibində külli miqdarda konservantlar var. Bu qidalar təkcə gözün deyil, selikli qişada da həssaslığın yaranmasına səbəb olur”.

Peşəsi ilə əlaqədar olaraq uzun müddət kompüter qarşısında əyləşən şəxslərin kompüterdən ən az 70 sm kənarda oturmağını tövsiyyə edən həkim oftalmoloq Nuridə Məmmədəliyeva otağın yaxşı işiqlandırımasını və hər yarım saatdan bir 10 dəqiqə gözlərə fasilə verilməsini məsləhət görüb.

Qeyd edək ki, Bioloji Təbabət Klinikasının oftalmoloji kabinetində göz xəstəlikləri diaqnostikası və uğurlu müalicəsi həyata keçirilir.

Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110

Telefon: (012,050,055,070) 430 89 89

Oxumağa davam et
Reklam
Reklam

Gündəm