Səhiyyə
Genetik xəstəliklərin kökü kəsiləcək - TİBBDƏ İNQİLAB - - FOTO
Çinin Sun Yat Sen Universiteti tibb dünyasında bir ilk olan əməliyyatı gerçəkləşdirib.
Publika.az xəbər verir ki, alimlər bu əməliyyat sayəsində insanın genetik quruluşunun təməli olan DNT-dəki 3 milyon nükleotid sekansının birində olan əskikliyi düzəltməyi bacarıb.
Mütəxəssislər gələcəkdə bu üsulla genetik xəstəliklərin müalicə edilə biləcəyini söyləyib.
Keçirilən sınaqda laboratoriyada yetişdirilən embrionlardan istifadə edilib. Dəniz anemiyası daşıyan bir xəstədən alınan hüceyrələr klonlama yolu ilə yetişdirilən embrionlara yerləşdirilib. Bu anemiya “nöqtə mutasiyası” adlandırılan genetik koddakı tək bir bağda əmələ gələn dəyişiklikdən yaranır.
İnsanın DNT molekulu 4 fərqli əsasdan ibarətdir: adenin, quanin, sitozin və tiamin. Bu əsaslar DNT zəncirinin quruluşunu əmələ gətirir. İnsan vücudunun işləklik qabiliyyətinə dair təlimatlar məhz bu əsaslarda saxlanır.
Çin alimləri də tətbiq etdikləri “əsas tənzimləmə” üsulu ilə DNT quruluşundakı çatışmazlığı xəstənin embrionlarından təmizləyib.
Kəşf edilən yeni üsul uşaq dünyaya gəlməzdən öncə onda olan genetik xəstəliklərin qarşısını almağa yardım edəcək. Beləliklə, yaxın gələcəkdə genetik yolla yayılan xəstəliklərin kökü kəsiləcək.
Zümrüd
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?