• USD 1,7000 0,00% EUR 1,9961 0,00%
    • GBP 2,3335 0,00% RUB 0,0234 0,00%

“Bığlı-saqqallı, Koroğlu kimi, amma...” - Həkimdən uşaq istəyən CÜTLÜKLƏRƏ ÇAĞIRIŞ

  • Səhiyyə
  • 27 Oktyabr 2017 14:22
  • 1 371 Baxış
“Bığlı-saqqallı, Koroğlu kimi, amma...” - Həkimdən uşaq istəyən CÜTLÜKLƏRƏ ÇAĞIRIŞ

“Kişinin bığının, saqqalının olması toxumunun yaxşı olduğu mənasına gəlmir. Lənkərandan bir oğlan tanıyırdım (Pubmed-də dərc edilmiş məqaləm var), bığlı-saqqallı, Koroğlu kimi oğlan idi. Amma genetik olaraq qadın idi”.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim Vasif İsmayıl sonsuzluq problemindən danışarkən deyib.

Həkim bildirib ki, bu gün cütlüklərin övlad sahibi ola bilməməsinin 30%-də səbəbkar kişi, 30%-də qadın, 30%-də hər ikisidir. Qalan 10 %-də səbəb bilinmir.

“Sonsuzluq bir qadın və bir kişinin həftədə ən az 2 dəfə qorunmasız əlaqədə olmasına baxmayaraq 16 ay sonra qadının hamilə qalmamasıdır. Həkimə "4 aydır evliyik, hamilə deyil" kimi şikayətlə müraciət edənlər bilməlidir ki, bunun sonsuzluqla əlaqəsi yoxdur. "Həkim, mən, dənizdə işləyirəm. Yoldaşımı da ayda 1 dəfə görürəm. Artıq 3 ildir evliyik. Hamilə qalmır” deyə narahat olanlar da bilməlidir ki, bu da sonsuzluq əlaməti deyil.

Sonsuzluq bir cütün xəstəliyidir. Sonsuz kişi və ya sonsuz qadın da yoxdur, sonsuz cütlük var. Əgər müntəzəm əlaqəyə baxmayaraq, 16 ay sonrasında hamilə qalmaq istəyir, amma hamilə qala bilmirsinizsə, həkimə gedin”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR