16 saata yaxın cərrahi əməliyyat - əkizlər ayrıldı... - FOTO
Bizi izləyin

Səhiyyə

16 saata yaxın cərrahi əməliyyat - əkizlər ayrıldı... - FOTO

Hindistanın paytaxtı Dehlidə cərrahlar başlarının təpə hissəsindən bir-birinə bitişik şəkildə dünyaya gələn əkizləri əməliyyatla ayırıblar.

Publika.az xəbər verir ki, 2 yaşlı əkizlər Jaga və Kalianın üzərində 16 saata yaxın cərrahi əməliyyat aparılıb. 30 həkimin iştirak etdiyi əməliyyatda əkizlərin ümumi beyin damarları və beyin toxumalarının olduqca sıx olduğu müəyyən olunub. Ayrılan əkizlərin başında böyük dəliklər olduğu üçün bu boşluqları örtəcək dəri tapmaq çətin olub.

Dünyada 3 milyon doğumdan bir rast gəlinən vəziyyətlə qarşı-qarşıya qalan cərrahlar bu tip doğuşlarda dünyaya gələn əkizlərin ən çox 24 saat yaşadığını qeyd ediblər. Bu balacalar isə 2 yaşında olduqları üçün həkimlər mümkün qədər ehtiyatla davranıblar.

Əməliyyatı uğurla sonlandıran həkimlər növbəti 18 günün olduqca əhəmiyyətli olduğunu dilə gətirib:

"Hər iki uşaq müxtəlif anadangəlmə qüsurlarla doğulub. Jaganın ürək çatışmazlığı, Kalianın da bir böyrəyi inkişafdan qalıb. Əkizlərdən Kalianın vəziyyəti Jagaya nisbətən daha yaxşıdır. Əgər əkizlər həyatda qalmağı bacararsa, növbəti addım kəllə sümüklərini yenidən formalaşdırmaq olacaq"

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm