150 min insan ürək xəstəliyi ilə bağlı həkimə müraciət etdi
Bizi izləyin

Səhiyyə

150 min insan ürək xəstəliyi ilə bağlı həkimə müraciət etdi

Bu il ərzində 335 nəfər yaşayış yeri məlum olmayan şəxs barədə təcili yardıma müraciət daxil olub. Onlara ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bu ilki hesabatında bildirilib.

BŞTTYS-nın bölmələrinə (ambulator) birbaşa müraciətlərin sayı 31510 olub, onların 2591-i hospitalizasiya olunub. Hospitalizasiya olunan və evdə qalan ağır xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib.

Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 24895, onların 16734-ü hospitalizasiya olunub. Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər sədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 20114, hospitalizasiya 12543, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 2363, hospitalizasiya 2058 olub.

Statistik rəqəmlərə əsasən, 2017-ci il ərzində BŞT və TTYS-na nəqliyyat hadisəsi səbəbindən 2363 müraciət daxil olub. Bu hadisələr nəticəsində 2058 nəfər hospitalizasiya olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə olunur. Belə ki, 2016-cı il ərzində baş verən 2430 nəqliyyat hadisələri nəticəsində 2122 nəfər hospitalizasiya olunmuşdu. Bu da avtoqəzaların sayında 67, hospitalizasiyada isə 64 halda azalma deməkdir.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 150325, hospitalizasiya 12354, miokard infarktı ilə müraciətlərin sayı 865, hospitalizasiya 814-ə yaxın, insultla müraciətlərin sayı 3728, hospitalizasiya 3311 olub. Keçən illə müqayisədə miokard infartı ilə bağlı müraciətlərin sayında azalma, insultla bağlı müraciətlərin sayında isə artım müşahidə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm