13 il sonra ana oldu - FOTO
Bizi izləyin

Səhiyyə

13 il sonra ana oldu - FOTO

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 32 yaşlı qadın 13 il ərzində iki dəfə problemli hamiləlikdən sonra ana olub.

ATU-dan Publika.az-a verilən məlumata görə, qadının hər iki hamiləliyi ölü doğuşla nəticələnib.

Tibb elmləri namizədi, dosent, mama-ginekoloq Natəvan Axundovanın sözlərinə görə, 32 yaşlı xanım fəsadlaşmış mamalıq anamnezi ilə ona müraciət edib:

“Qadın 13 ildir ailəlidir, övladı yoxdur. 2006 və 2008-ci illərdə 2 problemli hamiləliyi olub. İlk hamiləlik 28 həftəsində, II hamiləlik 29-30 həftəlikdə ölü döllə doğuşla nəticələnib. Hər iki hamiləlikdə dölün hidropsu (dölün bədəninə maye toplanması) və hamiləliyin ağır patologiyalarından biri olan preeklampsiya (arterial təzyiq 180/110 mm.c.süt, sidikdə zülal) baş verib”.

Qadının üçüncü hamiləliyi N.Axundovanın nəzarəti ilə keçib. Qadın yanvarın 9-da uşaq dünyaya gətirib:

Uşağın çəkisi 2800,50 qram,boyu 50 sm-dir. Ana və uşaq kafi vəziyyətdə evə yazılıblar. Uşaq qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib.Əməliyyatı Arzu İsmayılova icra edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm