• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

Azərbaycanda qeyri-adi olay: manna sıyığı 2 yaşlı uşağın ağciyərinə doldu - FOTO

  • Səhiyyə
  • 23 Yanvar 2018 18:44
  • 1 213 Baxış
Azərbaycanda qeyri-adi olay: manna sıyığı 2 yaşlı uşağın ağciyərinə doldu - FOTO

Azərbaycanda 2 yaşlı uşağın ağciyərlərinə manna sıyığı dolub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq əməliyyat olunaraq, yenidən sağlamlığına qovuşub.

Publika.az xəbər verir ki, qeyri-adi hadisə ilə bağlı lent.az-a məlumat verən uşaq cərrahiyyəsi və urologiya uzmanı Fuad Hüseynov deyir ki, 2 yaşlı uşağı onların yanına gətirərkən sol ağciyəri tamamilə bağlı olub, yəni işləməyib. Səbəb isə belə olub: "Valideynlərinin dediyinə görə, uşaq manna sıyığı yedikdən sonra yatıb və gecə saatlarından başlayaraq, onda təngnəfəslik, temperaturun yüksəlməsi müşahidə olunub. Buna görə də onlar müxtəlif klinikalara müraciət ediblər. Artıq bizə müraciət etdiklərində hadisənin üzərindən 24 saat keçmişdi".

F.Hüseynov bildirir ki, uşaqda ciddi təngnəfəslik, 38.5-39.0 dərəcə temperatur, SPO2, yəni qanda oksigenin səviyyəsi düşməyə meylli olub: "Aparılan müayinələrə əsasən müəyyənləşib ki, uşağın sol ağciyəri tamamilə bağlıdır.

Gec saat olmasına baxmayaraq, uşaq təcili əməliyyat otağına alındı. Bronxoskopiya, yəni işıqlı alətlə nəfəs borusuna baxılarkən sol ana bronxun manna sıyığı ilə dolu olduğu görüldü. Bu barədə ailə dəqiq məlumat vermir, amma böyük ehtimalla uşaq yeyərkən ya öskürüb, ya da qusub və nəticədə manna bronxlara qaçıb. Uşağın bronxlarını yuyaraq təmizlədik. Əməliyyatdan bir gün sonrakı rentgendə sol ağciyərin tamamilə açıldığını gördük. Uşağı 2 gün sonra pediatr nəzarətində olmaq şərti ilə sağlam şəkildə evə yola saldıq".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR