Bu xəstələrə xidmət PULLU OLUR? - Direktor AÇIQLADI
Bizi izləyin

Səhiyyə

Bu xəstələrə xidmət PULLU OLUR? - Direktor AÇIQLADI

“Talassemiya Mərkəzinin publik-hüquqi şəxs olması talassemiyalı xəstələrə ödənişli xidmətin göstərilməsi anlamına gəlmir”.

Publika.az xəbər verir ki, bu sözləri Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov jurnalistlərə açıqlamasında deyib.

V.Hüseynov bildirib ki, Talassemiya Mərkəzinə publik hüquqi şəxs statusunun verilməsinin əsas məqsədi mərkəzin maddi texniki bazasının daha da təkmilləşdirilməsi və müasir səviyyəli laboratoriyanın əhalinin digər qrupuna da xidmət göstərməsini təmin etməkdir:

“Mərkəzdə qeydiyyatda olmayan şəxslər də artıq bizim laboratoriyaların imkanından yararlana biləcək. Talassemiyalı xəstələrə dövlət tərəfindən göstərilən qayğı daha da yaxşılaşdırılacaq. Bu xəstələrə heç bir ödənişli xidmətdən söhbət gedə bilməz. Məqsədimiz talassemiyalı xəstələrin müalicə üçün xarici ölkələrə getməməsidir. Bu gün biz ona nail olmuşuq. Ölkəmizdə ilk dəfə olaraq talasemiyalı xəstələrdə dəmir yükünün müəyyən edilməsi üçün Maqnit rezonans tomoqrafiya xidmətləri göstərilir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm