Cinsiyyəti məlum olmayan uşaq doğulub
Bizi izləyin

Səhiyyə

Cinsiyyəti məlum olmayan uşaq doğulub

Azərbaycanda cinsiyyəti məlum olmayan uşaq dünyaya gəlib.

Publika.az xəbər verir ki, bu barədə uşaq uroloqu-cərrah Fuad Hüseynov məlumat verib.

Onun sözlərinə görə, cinsiyyəti təyin etmək üçün analiz aparmağa məcbur qalıblar: “Doğulduğunda cinsiyyət orqanında ciddi deformasiya və xayaları yerində olmadığı üçün Mərkəzi Klinikanın uşaq endokrinoloqu Ülkər Seyidova tərəfindən cinsiyyəti təyin etmək üçün xromosom və digər analizlər istənildi.Analizlərin cavabı bizim və ailəsinin üzünü güldürdü. Xromosom analizinə görə oğlandır və ciddi endokrinoloji problemi yoxdur. Uşağa hipospadiyanın (Peyğəmbər, anadangəlmə yarım sünnətli) ən ağır formalarından biri olan perineal tip hipospadiya diaqnozu qoyuldu. Yəni, sidik kanalının xarici dəliyi cinsiyyət orqanının ucuna deyil, xayaların ortasına açılırdı, cinsiyyət orqanının ölçüsü olduqca kiçik idi və aşağıya doğru əyilmişdi. İlk öncə cinsiyyət orqanının ölçüsünü böyütmək üçün hormon müalicəsi tətbiq edildi. 1 yaşında ilk etap əməliyyatı uğurla bitdi.

İlk etapda xayanı qasıq kanalından xayalığa normal yerinə endirdik, cinsiyyət orqanındakı əyriliyi düzəltdik və sünnət dərisinin içərisindən sidik kanalındakı deffekti bərpa etmək üçün material köçürdük. Uşaq hazırda evlərindədi, 2 -ci seans əməliyyatını gözləyir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm