Tovuzda 3 yaşlı uşaq dərmandan zəhərlənib öldü
Bizi izləyin

Səhiyyə

Tovuzda 3 yaşlı uşaq dərmandan zəhərlənib öldü

Tovuz Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

"Report"un məlumatına görə, 2014-cü il təvəllüdlü Xanım Vüsal qızı Məhərrəmova ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Uşağın dərmandan zəhərlənərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm