Yəhudilərin və MKİ-nin insanların kökünü kəsmək üçün yaratdığı DƏHŞƏTLİ 10 XƏSTƏLİK
Bizi izləyin

Səhiyyə

Yəhudilərin və MKİ-nin insanların kökünü kəsmək üçün yaratdığı DƏHŞƏTLİ 10 XƏSTƏLİK

Bəzi ölümcül xəstəliklərin gizli təşkilatlar və ya bir neçə elm adamı tərəfindən məqsədli şəkildə yaradılıb yayılması hər zaman şübhə doğuran mövzulardandır.

Teoriyaçılar sıx-sıx dünya miqyasında yayılan və gündəmi uzun müddət zəbt edən bəzi xəstəliklərin şüurlu şəkildə laboratoriya şəraitində meydana gəldiyini düşünür.

Publika.az həmin xəstəliklərdən bəzilərini təqdim edir:

1. Parazit stress

Mandril növündən olan meymunlar parazit olub-olmadığını yoxlamaq üçün bir-birilərinin nəcisini qoxlayar. Eyni metod insanlar üçün, təbii ki, yararlı deyil. 2016-cı ildə aparılan bir araşdırmanın nəticəsinə görə, parazit stressi xəstəliyinin cəmiyyəti şübhə altında saxlayır. Bu xəstəlik parazit və xəstəliklərin növünün dəyərlərinin və sağlamlığının inkişafəna yön verən bir insan təkamülü teoriyası da adlandırılır. Vəba parazit stressinin ən önəmli nümunələrindən biridir. 14-cü əsrdə Avropada yayılan Vəba xəstəliyi nəticəsində 25 milyon insan dünyasını dəyişmişdi. Bəzi mənbələr Vəbanın yahudilər tərəfindən xristian aləmini yerlə yeksan etmək üçün şüurlu şəkildə ortaya çıxarılan xəstəlik olduğunu deyir.

2. QİÇS

“Nyu York Tayms” qəzetinin yazarı və fizik Lourens Altman QİÇS-i vəbadan sonra bilinən ən təhlükəli xəstəlik adlandırıb. Bəzi mütəxəssislər QİÇS-in 1930-cu illərdə meymunlardan insanlara keçdiyini ehtimal edir. Bəziləri isə bu xəstəliyin Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən bir silah kimi ortaya çıxarıldığını düşünür. İddiaya görə, MKİ homoseksualların və qaradərililərin kökünü kəsmək üçün belə bir metoddan istifadə edib.

3. Dizenteriya

19-cu əsrin ortalarında ABŞ-dakı vətəndaş müharibəsi davam edərkən əyalətlər köləlik qavramı mövzusunda ortaq bir nəticəyə gələ bilməmişdilər. Buna görə hər bir əyalət digərini düşmən kimi görürdü. “Panic in Washington” adlı bir kitabda 1854 Kanzas-Nebraska Aktının insanlarda köləliyə qarşı nifrət yaratdığı yazılıb. Akt qərb əyalətlərində köləliyi qanuni səviyyədə təsdiq edirdi. Lakin, köləliyə qarşı olanların hərəkatları 1986-cı ildə Ceyms Buçananın prezident olaraq seçilməsinə əngəl ola bilməyib. Ceyms çox sayda insanın nifrətini qazanan biri olub və köləliyə dəstək verib. O, “National Hotel”in açılış mərasimini təşkil edib. Mərasimdə gərginlik pik həddə olub. Mərasim zamanı Buçanan ishal olub. Bu gün dizenteriya adı ilə tanınan xəstəliyə Buçanan ilə yanaşı, sadə vətəndaşlar da tutulub. Bir neçə ay sonra isə Buçananla birlikdə 36 nəfər həlak olub. Xəstəliyə eyni hoteldə iki dəfə kütləvi şəkildə yaxalanma baş verib və hər ikisində Buçanan həmin hoteldə olub. Bir çox cənublu siyasətçilər də bu bəladan əziyyət çəkib. İnsanlar xəstəliyin köləliyə qarşı çıxanlar tərəfindən yayıldığına inanmağa başlayıb. Ancaq mütəxəssislər xəstəliyin hotelin santexnikasının kanalizasiya suyunu püskürtməsi nəticəsində yarandığını açıqlayıb.

4. Legioner xəstəliyi

Bu xəstəlik də ABŞ-da, Pensilvaniya əyalətindəki “Bellevue-Stratford” hotelində ortaya çıxıb. 1976-cı ildə hoteldə bir gecə təşkil edilib. Dəvətə qatılanlar qrip şikayəti ilə xəstəxanaya gedib. Quru öskürək, ağrı və şiddətli temperaturla gələn xəstələrdən bəzilərinin ağ ciyərində qanlı və köpüklü bir maye aşkar edilib. Gecəyə qatılanların hamısı seçilən insanlar olduğu üçün xəstəliyə “Legioner” adı verilib. Ancaq bu xəstliyin necə ortaya çıxması heç cür tapılmadı. Bəziləri şüurunda problem olan birinin gecəyə qatlaraq xəstəliyi yaydığını iddia edib. Lakin illər sonra xəstəliyə hotelin bakteriya yuvasına çevrilən havalandırma sisteminin yol açdığı tapılıb.

5. Suçiçəyi xəstəliyi

Amerika Azadlıq Müharibəsi dövründə insanlar üçün ən böyük təhdid suçiçəyi xəstəliyi olub. Bu xəstəliyin Böyük Britaniya tərəfindən Amerikaya yayıldığı deyilir. Xəstəliyə çarə tapılana qədər xəstəlik səbəbindən ABŞ və Kanadada bir çox insan ölümə məhkum oldu.

6. SARS

Bu virus qlobal səviyyədə bir problem halına çevrilərsə, hər ölkə xəstəliyə qarşı mübarizədə rol oynayar. 2003-cü ildə dünya SARS adlı yeni bir virusla tanış oldu. Çində meydana gəldiyi təxmin edilən virus insanlarda nəfəsalma probleminə yol açır. Virus səbəbilə ölən insanların sayı az olsa da, mütəxəssislər xəstəliyə nəyin səbəb olduğunu və müalicəsinin necə ola biləcəyinə dair heç bir şey bilmirdi. Bir iddiaya görə, SARS-ın qaynağı tullanan yemək torbaları olub. Tullantılardan yemək tapmağa çalışan pişiklər SARS-a yoluxur və onlardan insanlara keçir. Rusiyalı mütəxəssislər virusun elm adamları tərəfindən ortaya çıxarıldığını önə sürüb. Çin isə SARS-ın ortaya çıxmasında ABŞ-ı günahlandırıb. Tayvanın milli təhlükəsizlik direktoru virusun Çin tərəfindən şüurlu şəkildə istehsal edildiyini və bu virusu biosilah kimi istifadə etdiyini iddia edib.

7. Laym xəstəliyi

Bu xəstəliyə 1970-ci illərdən bəri rast gəlinir. Ancaq onun haqqında çox az məlumat var. Meningit, beyin iltihabı, kəlldaxili sinir iltihabı, depressiya, xroniki yorğunluq, ürək xəstəliyi, nəfəsalmada çətinlik, öskürək, boğaz ağrısı və bağırsaq sindromu ilə biruzə verən Laym xəstəliyi mütəxəssislərdə fərqli fikirlər oyadır. Çünki bu xəstəliyin ilk mərhələdə diaqnozunu qoymaq çox çətindir. Bəziləri xəstəliyin qlobal iqtisadi böhran səbəbilə ortaya çıxdığını iddia edir. Teoriyaçılar isə xəstəliyin adını daşıyan şəhərə diqqət çəkir. Belə ki, 1975-ci ildə ABŞ-ın Konnektiut əyalətində yerləşən Laym şəhərində 39 uşaq bakteriya daşıyan gənələrin hücumuna məruz qalıb. Uşaqların aparıldığı xəstəxanada bu xəstəliyin bir növ biosilah olub-olmadığının araşdırılması tələb edilib. İddiaya görə, Laym gənələr üzərində sınanan hərbi biosilah olub.

8. Ebola

Ebola ilk dəfə 1976-cı ildə üzə çıxıb. Virusa yoluxanlar 75%-də daxili qanama baş verib. Liviyada ortaya çıxan Ebola ikimərhələli şəkildə insanlara təsir edir. İlk mərhələdə insan özünü sağalmış hiss edir. Ancaq təxminən, 1 il sonra virus gerçək üzünü göstərməyə başlayır. Liviya xalqı Ebolanın hökumətin xaricdən yardım ala bilməsi üçün ortaya çıxardığını düşünür.

9. Xərçəng

Növü nə olur-olsun, Xərçəng son dərəcə təhlükəli bir xəstəlikdir. Ancaq bəzi insanlar tibb dünyasının şüurlu şəkildə xərçəngi sağaldan müalicələri tətbiq etmədiyini düşünür. İddialara görə, xərçəngin müalicə edilməməsinin məqsədi beynəlxalq dərman şirkətlərini varlı etməkdir. Əgər xərçəng müalicə edilərsə, dərman şirkətləri xərçəng dərmanları satmayacaq və pul qazana bilməycək.

10. Zika

Virus ilk dəfə 1947-ci ildə ortaya çıxıb. Bir iddiaya görə, İngiltərənin “Oxitec” biotexnologiya firması laboratoriya şəraitində Zika virusunu düzəldib və insanlara yoluxması üçün ağcaqanadlara yeridib. Şirkət 2012-ci ildə Braziliyada fəaliyyətə başlayıb. 2016-cı ildə isə Zika epidemiyası ortaya çıxıb. Lakin virusun firma tərəfindən yayılmasını təkzib edənlər daha çoxdur. Çünki firma virusun yayılmasından 55 il sonra qurulub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm