Səhiyyə
Azərbaycanda növbəti həkim BİABIRÇILIĞI: İynəni səhv vurdu, 61 yaşlı qadın öldü
Sumqayıtda 61 yaşlı qadın vurulan səhv iynədən ölüb.
"Report"un məlumatına görə, hadisə 10-cu mikrorayonda baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 1957-ci il təvəllüdlü Soltanova Ziyafət Allahverdi qızının yaşadığı mənzildə halı pisləşib. Bu səbəbdən təcili tibbi yardım çağırılıb. Xəstə ona vurulan iynədən şoka düşüb və keçinib.
Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
Sumqayıt Təcili Tibbi Yardım Stansiyasından bildirilib ki, həkimlər ünvana çatar-çatmaz, qadın ölüm ayağında olub və ona iynə vurulub. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO