Erkən doğum riskini və doğum tarixini müəyyən edən YENİ ÜSUL - Unikal ELMİ ARAŞDIRMA
Bizi izləyin

Səhiyyə

Erkən doğum riskini və doğum tarixini müəyyən edən YENİ ÜSUL - Unikal ELMİ ARAŞDIRMA

Qan analizi ilə hamilələrin erkən doğum riski müəyyən ediləcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Stanford Universitetinin alimləri araşdırma aparıb.

Araşdırmaya görə, bunun üçün hamiləliyin hər həftəsində qan nümunələri əsasında ribonuklein turşusundakı dəyişiklik izlənməlidir. Bu testin nəticəsinin 80 faizə qədər özünü doğrultduğu bildirilir.

Tədqiqatda iştirak edən alimlər iddia edir ki, bu üsul təkcə erkən doğum riski deyil, ümumiyyətlə, doğum tarixinin müəyyən edilməsində ultrasəs müayinəsi nəticələri qədər doğru məlumat verir.

Tədqiqat qrupu üzvlərindən Mira Moufarrej adi bir qan testi ilə erkən doğum riski və doğum tarixinin müəyyən edilməsinin sağlam uşaq və sağlam hamiləlik mənasını verdiyini deyib.

Alim indiyə qədər qan testinin çox hamilədə tətbiq edilmədiyini, bununla bağlı çoxlu iş görülməli olduğunu qeyd edib.

Araşdırma nəticəsi "Science" jurnalında yayımlanıb. Dünyada hər il 15 milyon uşaq erkən doğulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm