Səhiyyə Nazirliyi: "Tibb müəssisələrinin enerji təminatında problem olmayıb" - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Səhiyyə

Səhiyyə Nazirliyi: "Tibb müəssisələrinin enerji təminatında problem olmayıb" - VİDEO - (YENİLƏNDİ)

Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin enerji təminatında problem olmayıb.

Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, ötən gecə Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) altıncı blokunda baş verən qəza yanğınla nəticələnib. Nəticədə ölkənin bir çox yerlərində elektrik enerjisinin verilməsində problemlər yaranıb:

“Səhiyyə Nazirliyinin tabeçiliyində olan dövlət tibb müəssisələrində heç bir problem yaşanmayıb. Tibb müəssisələri generatorlarla təchiz olunub. Ölkədə yaranan ümumi problem baş verən kimi, generatorlar avtomatik işə düşüb. Bakı və bölgələrdə Təcili Tibbi Yardımın fəaliyyətində də hər hansı bir problem qeydə alınmayıb. Hadisə nəticəsində ölən və yaralanan yoxdur”.

Qeyd edək ki, dünən gecə Mingəçevir İES-in bloklarından birində yaranan problem nəticəsində ölkənin bir çox şəhər və rayonlarında elektrik enerjisi kəsilmişdi.

Report elektrik enerjisi kəsildikdən sonra 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") işıqsız qalmasına aid görüntü yayıb.

***

Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb.

Publika.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. O qeyd edib ki, ölkə ərazisində fəaliyyət göstərən xəstəxanalar generatorla təchiz olunub. Elektrik enerjisinin verilişi dayandırıldıqda, generatorlar avtomatik işə düşüb və xəstəxanaları fasiləsiz elektrik enerjisi ilə təmin edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm