Xərçənglə bağlı İNQİLABİ ADDIM: müalicə PULSUZ OLDU
Bizi izləyin

Səhiyyə

Xərçənglə bağlı İNQİLABİ ADDIM: müalicə PULSUZ OLDU

Türkiyədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xərçəngin müalicəsi, cərrahiyyəsi və dərmanı üçün hər cür qiymət və fərqli ödənişləri ləğv edib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda nazir Jülidə Sarıəroğlu bildirib.

“Xərçəng müalicəsi, cərrahiyyəsi və dərmanlarla bağlı hər cür əlavə və fərqli ödənişləri ləğv etdik. Vətəndaşlarımız ciblərindən heç bir ödəniş ödəməyəcək”, - o deyib.

Nazirin sözlərinə görə, Tibbi Tətbiq Təbliği proqramına edilən dəyişiklikliyə qədər xərçəng cərrahiyyəsi üçün ildə 240 milyon lirə (təxminən 67 milyon dollar – red.) ödənildiyi halda, dəyişikliklərdən sonra bu ödəmə ildə təxminən 750 milyon lirəyə (təxminən 210 milyon dollar - red.) çıxarılaraq xərçəng xəstələrinin müalicəsi tamamilə pulsuz olacaq.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm