Oqtay Şirəliyev Ucarda vətəndaşları dinləyəcək
Bizi izləyin

Səhiyyə

Oqtay Şirəliyev Ucarda vətəndaşları dinləyəcək

Səhiyyə naziri Oqtay Şirəliyev avqustun 10-da saat 11:00-da Ucar Mərkəzi Rayon Xəstəxanasında Ucar, Göyçay Kürdəmir və Ağsu rayonlarının sakinlərini qəbul edəcək.

Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm