Səhiyyə
Doğuş zamanı körpəsini itirən anadan ŞOK İDDİA: "Uşağımı həkimin dirsəyilə qarnıma vurduğu..." - - VİDEO (18+)
Azərbaycanda daha bir körpə ölümü baş verib. 26 yaşlı
Aytən Sadıqovanın 7 saylı Doğum Evində dünyaya gətirdiyi 3 kq 500
qram çəkili oğlan uşağı doğuşdan 45 dəqiqə sonra ölüb.
Gənc qadın Baku.ws-ə açıqlamasında normal hamiləlik keçirdiyini və
hamiləliyin sonuncu həftəsində xəstəxanaya müraciət etdiyini
bildirir:
"Hər ay həkim müayinəsindən keçmişəm. Heç bir problemim olmayıb.
Həkim normal doğuşun vaxtını avqustun 12-nə təyin etmişdi. Mənim
sancılarım 1 gün əvvəl, 11 avqustda başladı. 7 saylı Doğum Evinə
getdim. Normal doğuş üçün problem olduğunu söylədilər, lakin məni
evə buraxmadılar. Həyat yoldaşıma doğuşu asanlaşdıran dərman
aldırdılar, onun da xeyri olmadı.
Sancılarım dözülməz olduğundan qeysəriyyə əməliyyatı istədik. Hətta
anam qışqırıqlarımı eşidib, həkim Səbinə Baharzalovaya dedi ki, nə
sənəd lazımdırsa verin, imzalayaq, qızımı əməliyyata salın, təki
qızım belə əziyyət çəkməsin.
S.Baharzalova anama və mənə barmağını silkələyərək qışqırdı ki,
mənə göstəriş verməyin, nə etmək lazımdırsa, özüm bilirəm. Normalda
həkim vəziyyətimə görə qeysəriyyə əməliyyatına qərar verməli idi.
Mənim və körpəmin həyatını riskə atmamalı idi".
A.Sadıqovanın sözlərinə görə, həkim doğuşu təhqirlərlə həyata
keçirib: "Dediyim kimi, sancılarım dözülməz idi və hər dəfə ağrıdan
qışqıranda məni təhqir edirdi.
Qışqırırdı ki, doğa bilmirsən, abort etdirərdin, niyə uşaq
istəyirsən? Söyüşlərə heç bir reaksiya vermirdim.
Tək istəyim uşağımı sağ-salamat qucağıma almaq idi. Gecə 3-ün
yarısında süni doğuş həyata keçirdilər. Doğuşun vaxtı uzandıqca
söyüşlərdən zərbələrə keçdilər. Səbinə Baharzalova söyə-söyə
dirsəyilə qarnıma zərbələr vururdu. Uşaq sağ doğuldu, amma
ağlamadı. Oğlumu sinəmə qoydular, nəfəs alırdı.
Sonra məndən alıb oksigen verdilər. 45 dəqiqə sonra oğlumun
öldüyünü xəbər verdilər. Soruşdum ki, niyə? Öz qulağımdan eşitdim
ki, dirsəklərilə vuranda uşağın ciyərləri əzilib və açılmayıb.
Bilirsiz ölüm səbəbini mənim özümə nə dedilər? Dedilər ki, sən
sancı çəkəndə "Ay Allah, mənə ölüm ver" dediyin üçün uşağın
öldü".
Övladını itirən Aytən Sadıqova
Şikayətçi körpəsinin ölümündə doğuşu həyata keçirən həkim-ginekoloq
Səbinə Baharzalovanı günahlandırır: "Əvvəla, dediyim kimi,
vəziyyətimə görə məni qeysəriyyə əməliyyatına salmalı idilər.
İkincisi, uşağımı Səbinənin dirsəyilə qarnıma vurduğu zərbələr
öldürdü. Oradaykən doğuşdan iştirak edən tibbi personaldan biri
deyirdi ki, doktorun dirsəyilə vurduğu zərbələrdən uşağın ciyərləri
zədələnib.
Uşağın bədənində göyərtilər vardı. Bu da həkimin dirsəyilə vurduğu
zərbələrin yeri idi".
Zərərçəkmiş ailə hadisə ilə bağlı Daxili İşlər Nazirliyiyinin 102
xidmətinə müraciət edib "Elə həmin günü prokurorluq nümayəndələri
xəstəxanaya gəldi. Körpəmin meyiti Məhkəmə Tibbi Ekspertiza və
Patoloji Anatomiya İnstitutuna aparılıb. Ekspertizanın cavabını
gözləyirik".
Körpənin ölüm faktı Nizami rayon Prokurorluğu tərəfindən
araşdırılır. Məsələ ilə əlaqədar Nizami rayon Porkurorluğu ilə
əlaqə saxladıq. Nizami rayon prokurorunun köməkçisi Rüstəm Zeynalov
BAKU.WS-ə açıqlamasında bildirdi ki, həqiqətən də Aytən Sadıqova
tərəfindən həkim Səbinə Baharzalovaya qarşı şikayət daxil olub.
“Belə bir hadisə olub. Hazırda araşdırma gedir. Sorğular aparılır,
ifadələr alınır. Aparılan araşdırmalardan sonra hansısa nəticəyə
gəlinəcək”, - deyə Rüstəm Zeynalov bildirib.
həkim-ginekoloq Səbinə Baharzalova
Məsələ ilə həkim-ginekoloq Səbinə Baharzalova ilə əlaqə saxladıq.
Həkim Səbinə Baharzalova Baku.ws-ə açıqlamasında iddiaları qəbul
etmədiyini deyir: "Əlbəttə, biz də istəməzdik belə olsun. Təbii ki,
övladını itirən ana indi hirslidir, depresiyadadır, hər söz deyə
bilər. Gəlin razılaşaq ki, heç bir həkim ananın dediklərini etməz.
Bura həbsxana deyil ki, dirsəyimizlə basıb öldürək. Biz də bilmirik
uşaq niyə ölüb. Ola bilsin hamilə vaxtı ana viruslu xəstəliklər
keçirib. Uşağın ölüm səbəbi ekspertizanın cavabından sonra
bilinəcək. Bu işlə bağlı prokurorluğa izahat vermişəm".
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı