Avtobus qəzasında xəsarət alanların SON DURUMU: 11 nəfərin vəziyyəti ağırdır
Bizi izləyin

Səhiyyə

Avtobus qəzasında xəsarət alanların SON DURUMU: 11 nəfərin vəziyyəti ağırdır

Xəzər rayonu Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların bəziləri evə buraxılıb, qalanlarının müalicəsi davam etdirilir.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, ötən gün 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən 28 nəfərdən 16-sı evə buraxılıb.

“Hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında 12 nəfərin müalicəsi davam etdirilir. Onların 5-i reanimasiya şöbəsində yerləşdirilib. Reanimasiyada olanlardan 2-nin vəziyyəti ağırdır. Dünən isə qəzadan sonra 3 nəfər əməliyyat edilmişdi. Həmin xəstəxanaın travmatologiya şöbəsində 2-si uşaq olmaqla 7 nəfər müalicəsini davam etdirir. Ötən gün Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdurilən 6 nəfərdən 2-nə ambulator yardım alaraq evə buraxılıb. Hazırda 4 xəstə reanimasiya şöbəsindədir və onlardan birinin vəziyyəti ağırdır”.

Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilmiş 3 nəfərdən 1-i evə buraxılıb. Onlardan 2-nin vəziyyəti ağırdır, onlardan 1-i əməliyyat ediləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm