Səhiyyə nazirindən qriplə bağlı TAPŞIRIQ
Bizi izləyin

Səhiyyə

Səhiyyə nazirindən qriplə bağlı TAPŞIRIQ

“2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Publika.az-ın məlumatına görə, əmrə əsasən payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər, həmçinin infeksiya üzərində epidemioloji monitorinq güclənləndiriləcək.

Əmrdə əhali arasında qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılması, qripə yoluxması ehtimal olunan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsi, profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi tapşırılıb.

Ağır kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal ərazi gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi və şübhəli xəstələrdən götürülən nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatıdırılması Səhiyyə Nazirliyinin şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin direktorlarına tapşırılıb.

Bundan başqa, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatının yaradılması tövsiyə edilib.

Ümumitəhsil və məktəbəqədər uşaq müəssisələrin tibbi müşahidə zamanıqrip xəstəliyinə şübhəli uşaqlar aşkar olunduqda dərhal sağlam uşaqlardan təcrid edilməlidir. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirovaya tapşırılıb ki, ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün mənfi təzyiq boksları tam hazır vəziyyətə gətirilməli, tibbi ləvazimat və inventarla təchiz edilməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm