Səhiyyə
Bakıda xəstəxanada KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 7 nəfər...
8 saylı şəhər poliklinikasının binasına qaz iyindən zəhərlənmə ehtimalı ilə 7 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, Toksikologiyaya yerləşdirilənlərin hamısı poliklinikanın əməkdaşları olub:
“Əməkdaşlar poliklinikada dəm qazı qoxusu hiss ediblər. Lakin bina təbii qazla təmin edilməyib. Bundan narahat olan tibb heyəti Fövqəladə Hallar Nazirliyinə məlumat verib. Əməkdaşlar və xəstələr poliklinikadan təxliyə edilib. 7 nəfər özünü narahat hiss etdiyinə görə Toksikologiyaya yerləşdirilib. Müayinə zamanı onların heç birində zəhərlənmə əlaməti müşahidə edilməyib. Həmin şəxslərdə sadəcə baş ağrısı və hadisənin təsirindən yaranan psixoloji gərginlik müşahidə edilib. Artıq onların hamısı evə buraxılıb”.
Mətbuat xidmətindən o da bildirilib ki, yalnız Fövqəladə Hallar Nazirliyi ərazidə monitorinq aparıb, rəy verəndən sonra poliklinikanın fəaliyyəti bərpa ediləcək.
Gülxar
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər
-
Nida Xəbər 17:20
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir
-
Magazin216:40
Tanınmış müğənninin vəziyyəti pisləşdi - Xəstəxanaya aparıldı