Bir həkimi olan XƏSTƏXANA: Baş həkimi də, tibb işçisi də, mama-ginekoloqu da özüdür - - VİDEO
Bizi izləyin

Səhiyyə

Bir həkimi olan XƏSTƏXANA: Baş həkimi də, tibb işçisi də, mama-ginekoloqu da özüdür - - VİDEO

İsmayıllı rayonu, Lahıc qəsəbəsində yeni inşa edilərək müasir avadanlıqlarla təchiz olunan xəstəxana olsa da, burada həkim yoxdur.

Publika.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, xəstəxananın cəmi bir həkimi var, o da 81 yaşındadır.

Xəstəxana binası müasir formada təmir edilib, zəruri avadanlıqlarla təchiz olunub. Tibb ocağının təcili tibbi yardım maşını belə var.

1968-ci ildən bəri Lahıc qəsəbəsi ilə yanaşı 15-dən çox kəndin sakinləri bu xəstəxanaya müraciət edir. Xəstəxananın yeganə həkimi olan 81 yaşlı Sədrəddin İsgəndərov müraciət edən bütün xəstələri özü qəbul edir. Həkim hətta, hamilə qadınların müraciətlərini də geri çevirməyib.

Təcrübəli həkim deyir ki, bu xəstəxananın baş həkimi də, travmatoloqu da, tibb işçisi də, mama -ginekoloqu da özüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm