Türkiyənin səhiyyə qurumu Bakıda təqdimat keçirdi - FOTO
Bizi izləyin

Səhiyyə

Türkiyənin səhiyyə qurumu Bakıda təqdimat keçirdi - FOTO

Bakıda Türkiyə Bayındır Sağlıq Qrupunun Azərbaycan təmsilçiliyinin açılış mərasimi keçirilib.

Publika.az xəbər verir ki, açılışda Bayındır Sağlıq Qrupunun baş direktoru Səzai Sevgin və köməkçisi Cem Talas, Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə müşaviri Əhməd Ataker, səfirliyin digər əməkdaşları, qonaqlar və media nümayəndələri iştirak edib.

Açılış mərasimində çıxış edən Səzai Sevgin Azərbaycanla Türkiyə arasında münasibətlərə hər zaman önəm verdiklərini bildirib:

“Xarici ölkələrdə yerləşən Türkiyə səfirliklərinə gedəndə özümüzü vətəndə hiss ediriksə, Azərbaycana ayaq basdığımız andan etibarən özümüzü ata torpağında sayırıq. Burda özümüzü evimizdəki kimi hiss etdiyimiz üçün iş görmək daha asandır. Səhiyyə Türkiyədə güclü inkişaf etmiş sahələrdən biridir. Bir xəstə bizə müraciət etdiyi zaman nə etmək lazımdırsa, onu edirik. Nə artıq, nə də əskik. Bizim üçün keyfiyyət və tibbi etika çox önəmlidir. Azərbaycandan gələn qonaqlarımız da bizim üçün türkiyəli xəstələrimiz kimi eyni qiymətdədir. Hətta qonaqpərvərlik anlamında azərbaycanlılar daha çox dəyərlidir. 10 ildən çoxdur ki, Azərbaycanla bu sahədə əməkdaşlıq edirik. Bundan sonra bu əməkdaşlığı daha yüksək səviyyədə davam etdirmək istəyirik. Azərbaycanlı qardaşımızın xidmətlərimizdən nə qədər çox yararlanması bizim üçün qürurdur”.

S.Sevgin Bayandır Sağlıq Qrupunun Azərbaycandakı özəl xəstəxanalarla əməkdaşlıq məsələsinin gündəmdə olduğunu deyib.

“Bu istiqamətdə xəstəxanalarla görüşmələrimiz davam edir. Bilirsiniz ki, xəstəxanaların sayı çoxdur. Həm bizim, həm Azərbaycan üçün ən doğrusuna qərar verməyə çalışırıq”.

Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə müşaviri Əhməd Ataker səfirlik olaraq iş adamlarına hər zaman dəstək verməyə hazır olduqlarını bildirib:

“Bütün ölkələrdəki Türkiyə səfirlikləri iş adamları üçün imkanlar yaratmağa çalışır. Amma Azərbaycanda iş adamlarının belə bir dəstəyə çox da ehtiyacı yoxdur. Çünki Azərbaycanda öz ölkəmizdəki kimiyik”.

Daha sonra Bayındır Sağlıq Qrupu ilə Azərbaycan Uşu - Sanda Federasiyası, Azərbaycan Alpaqut Federasiyası, Azərbaycan Muaytay-Tayboks Federasiyası, Azərbaycan Kikboksinq Federasiyası, ”Azerbaijan Holidas”və “Le Tour LLC” turizm şirkətləri arasında müqavilə imzalanıb. Razılaşmaya əsasən, bu federasiyalar yarış üçün Türkiyəyə getdikləri zaman sağlıq problemləri ilə bağlı Bayındır Sağlıq Qrupunda müalicə alacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm