Agentlik əməkdaşları uşaqlar üçün qan verdi
Bizi izləyin

Səhiyyə

Agentlik əməkdaşları uşaqlar üçün qan verdi

"Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun və "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Bakı Nəqliyyat Agentliyi və Mərkəzi Qan Bankının birgə təşəbbüsü ilə qanvermə aksiyası keçirilib.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, aksiyada Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi, Agentliyin Aparatının və tabeli təşkilatlarının əməkdaşları könüllü iştirak edib.

Məqsəd, hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm