• USD 1,7000 0,00% EUR 1,8816 0,00%
    • GBP 2,0788 0,00% RUB 0,0259 0,00%

Heç kim bu TƏHLÜKƏNİN fərqində deyil: Gecə yatarkən...

  • Səhiyyə
  • 18 Dekabr 2018 15:46
  • 1 456 Baxış
Heç kim bu TƏHLÜKƏNİN fərqində deyil: Gecə yatarkən...

Daha çox çiy xörəklər və dırnaq yedikdən sonra ortaya çıxan parazitlər ciddi sağlamlıq problemlərinə səbəb olur. Parazitlərin simptomları nələrdir? Parazitləri yox etməyin müalicəsi varmı?

Publika.az parazitlərin öhdəsindən necə gəlməyin yollarını təqdim edir.

Parazitə necə yoluxuruq?

Parazitlər insan bədəninə iki yolla daxil ola bilir: suda yaşayan amöblər və tam bişməmiş yeməyin tərkibində qalan qurdcuqlar. Parazitlər başqa canlının daxilində yaşamaya məhkumdur. Lakin eyni zamanda yaşadıqları canlını deformasiyaya uğradırlar.

Təmizlənməyən meyvə və tərəvəzlərdən, xüsusilə, yaşıllıqlardan mədəyə, oradan isə bağırsaqlara daxil olaraq özlərinə həyat qururlar. Digər növ isə təmiz olmayan sudan ağız vasitəsilə bədənə daxil olur. Parazitlər insan bədəninin hər yerində yaşaya bilir.

Aparılan araşdırmalara kolbasa və sosis kimi ət məhsullarından parazitə yoluxma faizinin daha yüksək olduğunu ortaya qoyub. Bunun səbəbi isə qidaların bişirilməmiş olması və sıxışdırılmış halda istehsal edilməsidir.

Bütün bunlarla yanaşı, kirpiklərdə, qaşlarda və dərinin məsamələrində də yaşaya bilən parazitlər vardır. Bunlar hava yolu ilə vücuda yapışır. Çirkli yerlərdə insana bulaşan bu parazitlər insan yatarkən hərəkətə keçir. Səhər yuxudan oyanarkən müxtəlif yerlərdə qızarıqlıq və dərinin deformasiyasını görürsünüzsə, böyük ehtimalla, səbəb parazitlərdir.

Parazitlərin növləri

1. Parazitlər çeşidinə görə, fərqli simptomlar göstərir. Bağırsaq parazitləri qurd olduqlarına görə, nəcisin bağırsaqlardan xaric olunması əsnasında düz bağırsaqda qaşıntı yaradır. Şiddətli qarın ağrısı, qızarıqlıq, çəki itirmək və vitamin minerallarının azalması da parazit səbəbilə baş verə bilər. Bu da halsızlıq, yorğunluq, dəri rənginin solması kimi ağır hallara gətirib çıxarır.

2. Su yolu ilə keçən parazitlərin ən çox yayılan simptomu ishaldır. Vücud sürətli şəkildə su itirir. Baş ağrısı, iştahsızlıq və mədədə ani ağrılar yaranır. Sinir sisteminə zərər verə bilən parazitlər hərəkətlərin məhdudlaşmasına belə səbəb ola bilər.

3. Vücudun xarici bölgələrində yaşayan parazitlər göz və ağızətrafı nayihələrdə yaralar, qaşıntı, qızarıqlıq yarada bilir. Eyni zamanda, saç tökülməsi probleminə yol açır.

Parazitlərdən qurtulmaq üçün necə müalicə etmək lazımdır?

Bağırsaq paraziti olan şəxsin bütün ailəsi müalicə götürməlidir. Bunun səbəbi isə bu parazit növünün digərlərinə nisbətən daha tez yoluxmasıdır. Bütün parazit növlərinin təmizlənməsi üçün gigiyenik təmizlik əhəmiyyətlidir. Bu səbəbdən şəxsi gigiyenaya diqqət etmək mütləqdir. Paraziti olan şəxslər sağlam qidalanmaya üstünlük verməlidir. Xüsusilə, pomidor və portağal tez-tez qəbul edilməlidir.

Qaş və kirpiklərdə olan parazitləri təmizləmək üçün gecə yatarkən həmin bölgələrə lavanda yağı çəkmək lazımdır. Eyni zamanda, yataq örtükləri də lavanda ilə yuyulmalıdır. Bağırsaq qurdlarını təmizləmək üçün gündə bir yemək qaşığı çiy kəklikotu bədənə qəbul edilməlidir.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR