Dünən neçə nəfər xəstəxanalıq oldu?
Bizi izləyin

Səhiyyə

Dünən neçə nəfər xəstəxanalıq oldu?

Ötən gün hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar təcili tibbi yardıma travma ilə bağlı 5 müraciət daxil olub.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, müraciət edənlərdən yalnız biri xəstəxanaya yerləşdirilib:

“Müraciət edənlərin dördünə yardım göstərilərək evə buraxılıb. Yalnız bir nəfər bud sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda müalicəsi davam etdirilir”.

S.Əhmədova dünən ümumilikdə təcili yardıma müraciətlərin sayında artım qeydə alınmadığını deyib:

“Adi günlərdə 2000-2200 müraciət olurdusa, dünən 1900 müraciət qeydə alınıb. Müraciətlərdə ürək-damar sistemi xəstəlikləri, təzyiq, soyuqdəymə və uşaqlar üçün çağırışlar üstünlük təşkil edib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm