Azərbaycanda 16 nəfər "donuz qripi"nə yoluxub? - RƏSMİ CAVAB
Bizi izləyin

Səhiyyə

Azərbaycanda 16 nəfər "donuz qripi"nə yoluxub? - RƏSMİ CAVAB

Səhiyyə Nazirliyi Azərbaycanda 16 nəfərin А/H1N1 virusuna (donuz qripi) yoluxması ilə bağlı xəbərlərə cavab verib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatına istinadən Azərbaycanda 16 nəfərin "donuz qripi”nə yoluxmasına dair yayılan xəbərlər doğru deyil:

“Azərbaycanda bugünə qədər donuz qripinə yoluxma halları aşkarlanmayıb. Ümumdünya Səhiyyə Təşkilatına Taun əleyhinə stansiya tərəfindən hər hansı nümumə göndərilməyib. Ümumdünya Səhiyyə Təşkilatının hansı nümunələrə əsaslanaraq bu məlumatı yayıb bizə məlum deyil”.

Qeyd edək ki, Medicina.az saytının yazdığı xəbərdə ÜST-ün Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosunun aparılan laborator yoxlamalar nəticəsində Azərbaycanda 16 halda А/H1N1virusuna (donuz qripi) yoluxma halını təsdiqlədiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm