ÜST-nin Azərbaycandakı rəsmisindən "donuz qripi" ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Səhiyyə

ÜST-nin Azərbaycandakı rəsmisindən "donuz qripi" ilə bağlı AÇIQLAMA

Gürcüstanda yayılan virus “donuz qripi” deyil.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ofisinin rəhbəri Hande Harmancı yaydığı video materialda deyib.

H.Harmancı bu virusun Azərbaycanda yayılma ehtimalı ilə bağlı çoxsaylı sualları əsas tutaraq belə bir müraciət hazırladığını deyib:

“Ən çox soruşulan sual budur: “Gürcüstanda yayılan “donuz qripi” Azərbaycanda yayıla bilərmi?” Əvvəlcə onu deyim ki, Gürcüstanda yayılan virus “donuz qripi” deyil. Bu ölkədə yayılan xəstəlik 10 ildir dünyada mövcud olan mövsümi qrip xəstəliyidir. Əvvəlki illərə nisbətən bu il xəstəlik daha yüngül keçir. Yayılan xəstəlik orta dərəcəli qrip virusudur. Avropa, Gürcüstan, Türkiyə, Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatının laboratoriyaları bu viruslarla bağlı nümunələr toplayır. Hər hansı dəyişiklik olub-olmadığına baxırlar. Yeni bir virusun aşkarlanması vacibdir. Çünki bu zaman 2009-cu ildə olduğu kimi bir epidemiya yayıla bilər. Lakin hazırda belə bir virus əlamətləri müşahidə edilmir. Səhiyyə Nazirliyi ilə apardığımız danışıqlar əsasında deyə bilərik ki, bütün nəticələr incələnir. Hazırda hər hansı bir təhlükə yoxdur”.

H.Harmancı hava damcı yolu ilə yayılan qrip virusu xüsusi risk qrupunda olan insanlar üçün ölümcül xəstəliyə çevrilə bilər:

“Bu xəstəlikdən qorunmaq üçün ilk növbədə peyvənd olunmalıdır. Hər il Ümumdünya Səhiyyə Təşkilatı bütün ölkələrin laboratoriya nəticələrinə əsasən hansı virusa qarşı peyvənd edilməsi ilə bağlı məlumat yayır. Əsasən, 5 yaşından kiçik uşaqlar, xroniki xəstəliyi olanlar, hamilələr, yaşı 65-dən yuxarı olanlar, şəkər xəstələri, xərçəng xəstələri özlərini peyvənd edilməlidir. Özündə xəstəlik əlaməti aşkar edənlər digər insanlardan uzaqlaşmalıdır. Mümkünsə işə getməyin, uşaqlarınızı məktəbə qoymayın ki, virusu başqalarına yoluxdurmayasınız. İnsanlar özlərini virusdan qorumaq üçün tez-tez əllərini yumalıdırlar. Virusa yoluxmuş insanlarla mümkün qədər az ünsiyyət qurulmalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm