ZƏLZƏLƏ TƏLAŞI: dili tutulan, beyninə qan sızan var - RƏSMİ
Bizi izləyin

Səhiyyə

ZƏLZƏLƏ TƏLAŞI: dili tutulan, beyninə qan sızan var - RƏSMİ

Şamaxı Məırkəzi Xəstəxana zəlzələ ilə bağlı gücləndirilmiş rejimdə çalışıb.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar 6 təcili tibbi yardım briqadası işləyib. Təcili yardıma 30 müraciət edilib, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmotologiya şöbəsində lazımı yardım göstərilib:

"Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib. Bir nəfər cavan adamın həyacandan dili tutulub. O da yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. Bir nəfərin həyacandan beyninə qan sızıb. Həmin şəxsin 58 yaşı var, reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır qiymatləndirilir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm