Ən çox rast gəlinən xəstəliklərdən biri - Necə qorunaq? - - FOTO
Bizi izləyin

Səhiyyə

Ən çox rast gəlinən xəstəliklərdən biri - Necə qorunaq? - - FOTO

Bütün dünyada ən çox rast gəlinən cinsi yolla keçən xəstəliklərdən biri “Kontaqioz molyusk”dur.

Publika.az xəbər verir ki, bu xəstəliyin simptomları dəridə, nadir halda isə ağız və cinsiyyət orqanında rast gəlinir.

Səpkiyə bənzəsə də, dəridə fərqli bir virusun səbəb olduğu qabarıqlıq yaradır. Bu xəstəliyin virusu cinsi münasibətdə, dəsmal, idman alətləri və ya döymə, gözəllik salonu kimi yerlərdə istifadə olunan alətlərlə kontaktdan sonra keçir. Bütün dünyada rast gəlinən bu xəstəlik xüsusilə uşaqlarda və gənclərdə daha tez təsir göstərir. Xəstəliyin yaratdığı səpki bir neçə həftə davam edir. Daha sonra dərinin həmin qismində tökülmə başlayır. Bu tökülməyə atopik ekzemaya sahib insanlarda daha sıx rast gəlinir. Bəzən də hər hansı bir səbəbdən immun sistemi təzyiq altında olan insanlarda bu xəstəliyin viruslarına rast gəlinir.

Bu xəstəlik dərinin membran qatında yarım sm böyüklüyündə kiçik yaralardan ibarət olur. Dəridən qabarıq, yarımkürə şəklində ortaya çıxır. Yaralar ağ və ya dəri rəngində, qübbə formasında olur. Mərkəzində çuxur və çuxurun üzərində göbək formasında çıxıntı olur.

Bəzən bu səpkilərin ətrafında quru, qırmızı qızartı əmələ gəlir. Bir insanda sadəcə bir və ya bir neçə ədəd bu yaraya rast gəlinə bilər. Az sayda insanda yara sayı 20-ə çatır.

“Kontaqioz molyusk” bəzən öz özünə sağala bilər. Yaraları isə 6-18 ay içində öz-özlüyündə yox olar. Bəzən bu müddət daha uzun ola bilər. Yaralar yox olduqdan sonra dəridə kiçik çökəkliklər qalır.

Bu xəstəliyin bir çox müalicə forması ağrılıdır.

• Kalium-hidroksid (%5-10) tərkibli, hazırladılmış və ya hazır məhlul yaraların üzərinə həkimin tövsiyə etdiyi formada tətbiq edilir.

• Yaralar sivri uclu iynə ilə deşilərək pinset vasitəsilə sıxılır. Bu metoddan əvvəl ağrıkəsici krem istifadə oluna bilər.

• Yaralar kiçik, bel formasında olan alətlə qazınaraq təmizlənə bilər.

• Yaralar müəyyən fasilələrlə azot duzu ilə dondurula bilər.

• Göz qapaqlarının üzərində yaranan yaralar daha gec sağalır. Bunun üçün oftalmoloqa müraciət etmək lazımdır.

Əgər yaraların öz-özlüyünə yox olmasını gözləyirsinizsə, bu zaman infeksiya bütün bədənə yayıla bilər.

Bu infeksiyaya yoluxan insan başqalarına, xüsusilə, öz ailə üzvlərinə keçirməmək üçün özəl dəsmal, alt paltarı və digər paltarlar istifadə etməlidir.

Xəstəlik sağalana qədər üzgüçülük, hamam, sauna kimi ictimai məkanlardan uzaq durulmalıdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm