Bərdədə ŞOK OLAY - Doğum Evində 4 körpə ana bətnində öldü - VİDEO
Bizi izləyin

Səhiyyə

Bərdədə ŞOK OLAY - Doğum Evində 4 körpə ana bətnində öldü - VİDEO

Martın 1-də Bərdə Rayon Doğum Evində dünyasını dəyişən 4 uşaq ana bətnində ölü olub.

"Report"un məlumatına görə, bunu Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva bildirib.

Baş həkimin sözlərinə görə, xəstəxanaya yerləşdirilən zaman körpələrin anaları ultrasəs müayinəsindən keçiblər və uşaqların döldə ölmüş vəziyyətdə olduğu müəyyən edilib. O bildirib ki, qadınların ikisi Tərtər, biri isə Ağcabədi rayonundandır.

R.Mustafayeva qeyd edib ki, Bərdə Rayon Doğum Evi ikinci dərəcəlidir. Bu səbəbdən regionun ağır xəstə olan hamilələri bu doğum evinə gətirilir. Həkim bildirib ki, vəziyyətləri ağır olan anaların bətnindən ölü döl xaric edilib.

Hadisələr barədə Bərdə rayon hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası və Bərdə rayon hüquq-mühafizə orqanları faktla bağlı birgə araşdırma aparır.

Bərdə RMX-ya valideynlərin heç birindən şikayət daxil olmadığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm