Səhiyyə
Tibb tarixində nadir hadisə: Xəstə QİÇS-dən qurtuldu
Tibb tarixində nadir rast gəlinən hadisə baş verib.
Publika.az xəbər verir ki, İngiltərədə HİV+ diaqnozu qoyulan bir xəstə müalicədən sonra QİÇS xəstəliyinə səbəb olan bu virusdan qurtulub.
Bu, QİÇS xəstəliyinə qalib gəlmək yolunda tibb tarixində rast gəlinən ikinci hadisədir.
Adı açıqlanmayan, “londonlu xəstə” adlandırılan həmin şəxs nadir genetik mutasiyası sayəsində HİV-ə qarşı immuniteti olan bir donordan ilik qəbul edib və müalicə olunaraq sağalıb. Xəstəliklə mübarizədə içdiyi dərmanlara 18 ay öncə son verən xəstədə HİV virusuna rast gəlinməyib. Həkimlər xəstədə virusa rast gəlməsə də, xəstənin tamamilə sağaldığını demək üçün tez olduğunu bildirib.
Qeyd edək ki, ilk belə hadisə Almaniyada qeydə alınıb. 2003-cü ildə HİV+ virusu aşkarlanan bir xəstə 2012-ci ildə “Hodqkin lemafoma” adı verilən bir tip qan xərçənginə tutulub. 2016-cı ildə xəstənin xərçəngin müalicəsi üçün ilik nəqli edilib. Bunun sayəsində həm də QİÇS-dən tamamilə qurtulan şəxs “berlinli xəstə” adlanırdı.
Xatırladaq ki, 1980-ci illərdən sonra sürətlə yayılan QİÇS xəstəliyi dünya miqyasında 35 milyon insan ölümünə səbəb olub.
Zümrüd
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO