Qızılca 333 nəfərin ölümünə səbəb oldu
Bizi izləyin

Səhiyyə

Qızılca 333 nəfərin ölümünə səbəb oldu

Bu ilin əvvəlindən martın 22-dək Filippində 333 nəfər qızılcadan dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Filippin Milli Fəlakət Riski Azaldılması və İdarəetmə Qurumunun martın 22-də açıqlanan hesabatında bildirilib.

Ölkədə yanvarın 1-dən martın 19-dək 22 967 qızılca faktı aşkar edilib. Onlardan 4 min 740-ı Calabarzon bölgəsinin sakinləridir. Təkcə bu bölgədə qızılcadan 96 nəfər ölüb. Hesabata görə qızılca ən çox 1-4 yaş arası uşaqlar arasında yayılıb.

Qızıl Xaç Komitəsi bu ay epidemiyanın davam etdiyi ölkədə yaşı 5-dən az olan 3.7 milyon uşağın risk altında olduğunu açıqlayıb.

Dövlət başçısı Rodriqo Duterte keçən ay ölkədəki valideynlərə övladlarını qızılcaya qarşı peyvənd etdirmələri üçün çağırış edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm