Azərbaycanda qızılca ilə bağlı son durum - 30 mindən çox insan peyvənd edildi
Bizi izləyin

Səhiyyə

Azərbaycanda qızılca ilə bağlı son durum - 30 mindən çox insan peyvənd edildi

Bu ilin əvvəlindən martın 22-dək Filippində 333 nəfər qızılcadan dünyasını dəyişib. Ölkədə yanvarın 1-dən martın 19-dək 22 967 qızılca faktı aşkar edilib. Nyu York ştatının Rokland bölgəsində qızılca epidemiyası yayılıb. Buna görə də ABŞ-da fövqəladə vəziyyət elan olunub.

Bir sıra ölkələrdə son aylarda qızılca epidemiya halını alıb. Eləcə də, qonşu ölkələrdə də qızılca halları aşkar edilib. Azərbaycan da uzun illər qızılcadan azad olsa da, ötən ilin son yalarında qızılca halları müşahidə edilir.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Publika.az-a açıqlamasında bildirib ki, ötən il noyabrın son günlərindən bu günə qədər ölkə ərazisində aşkarlanan qızılca yalnız alovlanma mərhələsindədir, epidemiya müşahidə edilmir.

“Hazırda qızılcanın aşkarlanmasında azalma qeydə alınır. Dünyanın bir sıra ölkələrində qızılca epidemiya səviyyəsinə qalxsa, ölkəmizdə sayın azalması əhalinin peyvənd edilməsi ilə bağlıdır:

Azərbaycanda əhalinin peyvəndlənməsi yüksək səviyyədə təmin edilir. Həmçinin böyük yaşlı əhalinin immunlaşdırılması üçün Səhiyyə Nazirliyi tərəfindən ölkəyə qızılca, məxmərəyə qarşı vaksin gətirilib. Səhiyyə nazirinin əmrinə əsasən vaksin respublikanın bütün rayon və şəhərlərindəki tibb məntəqələrinə paylanılıb. Mart-aprel aylarında yuxarı yaş qrupunda olan əhali peyvəndlənəcək. Təkcə mart ayı ərzində 30 mindən çox 20-40 yaş arasındakı şəxsə peyvənd vurulub. Mart- aprel ayları ərzində 160 minə yaxın insan peyvənd edilməlidir. Əhali peyvənd olunmaq üçün müraciət edir, proses yüksək səviyyədə həyata keçirilir.Peyvəndləmə əsasən 20-40 yaş arası əhali arasında aparılır, müraciət olanda digər yaş qruplarında olanları da peyvənd edəcəyik”.

A.Əliyeva bildirib ki, noyabrın sonralarından bu il martın 25-nə qədər 150 nəfərdə qızılca aşkarlanıb, onun 55-i ötən il qeydə alınıb.

“Bütün Avropa ölkələrində qızılca epidemiya halındadır, qonşu ölkələrdə alovlanmalar var. Uzun illərdir ölkəmizdə qızılca qeydə alınmasa da, bu il yayılması məhz bu faktorlarla bağlıdır. Əhalinin qızılca yayılan ölkələrə səfər etməsi virusun Azərbaycana gətirilməsinə imkan yaradıb. Uşaq yaşlarında peyvənd olunmayan yuxarı yaş qruplu əhali arasında qızılca halları qeydə alındı”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm