Yəhudilərin yaşadığı ərazidə fövqəladə vəziyyət elan edildi
Bizi izləyin

Səhiyyə

Yəhudilərin yaşadığı ərazidə fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Nyu York şəhərində, xüsusən yəhudilərin yaşadığı bölgədə qızılca xəstəliyi yayılıb. Buna görə də ərazidə fövqəladə vəziyyət elan edilib.

Publika.az xəbər verir ki, Nyu Yorkun bələdiyyə sədri Bill de Blasio yəhudilərin yaşadığı Villiamsburg və Borugh Parkda yayılan qızılcanın qısa zamanda təhlükəli həddə çatdığını deyib

Onun sözlərinə görə, hazırkı durumda hər kəsin qızılcaya qarşı təcili peyvənd edilməsinə ehtiyac var.

“Bu peyvəndi etdirməyən şəxslərə və məktəblərə cəza veriləcək. Çünki peyvənd xəstəlikdən qorunmanın ən yaxşı üsuludur”.

Bələdiyyə sədri bildirib ki, qaydalara tabe olmayan "Yeşiva" adlı yəhudi dini təhsil mərkəzi qurumlarının bağlandığı bildirilir. Bununla yanaşı peyvəndlərin saxta olması barədə yayılan iddiaların doğru olmadığı bildirilir.

Qızılca virusunun yayıldığı payızdan bu vaxta qədər 285 nəfərdə xəstəlik qeydə alınıb.Onların əksəriyyətinin yəhudilərin yaşadığı bölgədə müşahidə edildiyi bildirilir.

Qeyd edək ki, keçən ay Nyu Yorkun Rokland bölgəsində qızılcaya qarşı peyvənd edilməyən uşaqların məktəbə getməsi qadağan edilmişdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm