Bərdədə xəstənin qarnından yad cisim çıxarıldı - HƏKİM SƏHVİ
Bizi izləyin

Səhiyyə

Bərdədə xəstənin qarnından yad cisim çıxarıldı - HƏKİM SƏHVİ

Bərdə rayonunda yeddi ay əvvəl əməliyyat zamanı xəstənin bədənində unudulan yad cisim çıxarılıb.

Bərdə rayon sakini Aygün Əsədli qarın nahiyəsindəki küt ağrılar səbəbindən bu gün Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Müayinə zamanı məlum olub ki, qadının qarın boşluğunda tənzif parçası qalıb. Qadın əməliyyat olunaraq tənzif parçası çıxarılıb. 25 yaşlı qadın palataya yerləşdirilib. Müalicə və müayinə işləri davam etdirilir.

Qadının bədənində yad cisim Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum evində qeysəriyyə əməliyyatı edilən zaman unudulub qalmışdı./report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm