Səhiyyə
Azərbaycanın qonşuluğunda QIZILCA EPİDEMİYASI: 700 faiz...
2019-cu ilin ilk 3 ayında dünyada qızılcaya tutulma halları ötən ilki statistikaya nisbətən 4 dəfə artıb.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir.
Hesabatda bildirilir ki, dünyanın bəzi bölgələrində qızılca epidemik xarakter daşıyır. Buraya Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Sudan, Efiopiya, Konqo, Ukrayna, Tayland, Filippin adaları, Madaqaskar, Myanma kimi ölkələr daxildir. Bu ölkələrdə başda kiçik uşaqlar olmaqla, çox sayda insan məhz bu epidemiyanın qurbanı olur.
Qızılcaya tutulma halları Afrika qitəsində 700, Amerikada 60, Avropada 300, Şərqi Aralıq Dənizində 100, Cənub-şərqi Asiya və Qərbi Sakit okeanda 40 faiz artıb.
2017-ci il hesabatına görə, dünyada 110 min insan qızılca səbəbindən dünyasını dəyişib. Bu xəstəlik beynin zədələnməsinə, korluğa və karlığa gətirib çıxara bilir. Yüksək temperatur, öskürək, halsızlıq, burundan mayenin axması, gözlərdə qızarıqlıq, ishal, anemiya, dəridə qızarıqlıq qızılcanın başlıca simptomlarıdır.
Zümrüd
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO